Türkiyənin Ardahan vilayətində Çıldır gölünün donması sakinlərin marağına səbəb olub.
Bizim.Media xəbər verir ki, sakinlərdən bəziləri əllərinə bel-kürək alaraq balıq tutmaq üçün yarıqlar açıblar, digərləri isə buzun üzərində xizəklə sürüşüb.
Gölün möhtəşəm görüntüsünə tamaşa etmək istəyən bir qrup insan isə şəkil çəkdirib, hətta musiqinin müşayiəti altında yallı gedənlər də olub.
Belə ki, həmin anlardan geriyə rəngarəng görüntülər qalıb.
Bizim.Media