Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Bildirilib ki, Qod Nisanov bu gündən etibarən təşkilatın İcraiyyə Komitəsində öz fəaliyyətini dayandırır.
Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxlər arasında Qod Nisanov da var.
Bizim.Media