Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir.
“Baş nazir Viktor Orbanın “ölkəni tədricən tam nəzarətə götürdüyü” Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz” – deyə Barli qeyd edib.
Bizim.Media
