ABŞ hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb.
Bizim.Media CNN-nə istinadən xəbər verir ki, Rusiya hökumət rəsmilərinə və Vladimir Putinə yaxın oliqarxlara qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq olunub.
Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanın bir neçə tanınmış oliqarxlarının lüks aktivlərinə, o cümlədən Prezident Putinin tərəfdaşlarına məxsus bir neçə yaxtaya, təyyarəyə və ABŞ sanksiyalarından yayınmağa çalışan şirkətlərə qarşı yönəlib.
Sanksiyalar siyahısına rusiyalı iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da var.
Bizim.Media