ABŞ-da "Twitter" reklamların satışına kömək etmək məqsədi ilə istifadəçilərin məlumatlarını şirkətlərə ötürdüyü üçün cərimələnib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Departamenti "Twitter"in telefon nömrələri və e-poçt ünvanları kimi şəxsi məlumatları reklam şirkətlərinə verməyəcəyinə razılaşdığı halda, bu razılaşmanı pozaraq məlumatları satdığını açıqlayıb.
Qeyd edək ki, FTC ABŞ hökumətinin müstəqil agentliyidir və onun missiyası antiinhisar qanunvericiliyinin tətbiqi və istehlakçıların hüquqlarının müdafiəsini təbliğ etməkdir.
Bizim.Media