Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fransalı həmkarı Katerina Kolonnayla telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Danışıq zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri və Ukraynadakı son vəziyyət müzakirə olunub.
Mövlud Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Bizim.Media