Bu gün keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında bir sıra vacib müzakirələr aparılıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsi qərara alınıb.
“Terror təşkilatlarını hədəf alan əməliyyatlar qonşularımızın ərazi bütövlüyünə qarşı deyil. Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə də ciddi töhfə verəcək", deyə iclasla bağlı bəyanatda bildirilib.
Bizim.Media