Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Meymun çiçəyi"nə ilk yoluxma aşkar edilib.
Bizim.Media TASS-a istinadəna xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Yoluxan şəxs Afrikadan qayıtmış 29 yaşlı qadındır. O, xəstəxanaya yerləşdirilib. Nazirlik epidemioloji vəziyyətin nəzarət altında olduğunu bildirib.
Qeyd edək ki, BƏƏ "Meymun çiçəyi" aşkar edilmiş ikinci Yaxın Şərq ölkəsidir. Ötən şənbə İsraildə də xəstəlik aşkar edilib.
Bizim.Media