Donetsk və Luqansk istiqamətlərində Ukrayna ordusu düşmənin 15 hücumunu uğurla dəf edib, 44 texnikanı sıradan çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Vostok” əməliyyat-taktiki qrupunun məlumatında deyilir.
“Ukraynalı müdafiəçilər düşmənin bir zenit-raket kompleksini, 9 tankını, 3 artilleriya sistemini, 25 zirehli döyüş maşınını, 3 vahid xüsusi mühəndis texnikasını və 3 avtomobilini məhv ediblər. Ukraynanın Donbas səmasında hava hücumundan müdafiə bölmələri Orlan-10 tipli bir pilotsuz uçuş aparatını vurub”, deyə mesajda bildirilir.
Bizim.Media