Latviya Xarici İşlər Nazirliyi ölkəyə “giriş və çıxış”ına qadağa qoyulan məşhurların adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Rusiyanın Xalq artisti Filipp Kirkorov, Yevgeni Petrosyan, İrina Viner-Usmanova və Vladimir Vinokurun ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan edib.
Artıq “arzuolunmazlar” siyahısına Polina Qaqarina, Nikita Mixalkov, Stas Mixaylov və digər mədəniyyət xadimləri də daxildir.
Qeyd edək ki, qadağalara səbəb adıçəkilən müğənnilərin Rusiyanın Ukraynaya hücümlarında ölkələrinə dəstək çıxması olub.
Rəşad Əliyev, Bizim.Media