Litva hökuməti düşmən dövlətlər siyahısını təsdiqləyib.
Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, həmin siyahıda yer alan dövlətlərin şirkətləri Litvada dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərə buraxılmayacaq, onlarla imzalanmış bütün müqavilələr ləğv ediləcək.
Siyahıda Rusiya ilə yanaşı Krım yarımadası, Belarus, habelə separatçı rejimlər tərəfindən idarə olunan Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya da var.
Bizim.Media