Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova general-leytenant hərbi rütbəsi verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov sosial media hesabında bildirib
“Əziz dostlar! Əziz qardaşım, Çeçenistan Respublikasının başçısı, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putinin fərmanı ilə general-leytenant hərbi rütbəsi ilə təltif olunması münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə M.Daudov qeyd edib.
Bizim.Media