Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, bu haqda informasiyanı Türkiyə Prezidenti Aparatı yayıb.
Mənbə qeyd edir ki, görüşdə Rusiya - Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib.
İki lider Rusiya - Ukrayna danışıqlarının Türkiyədə keçiriləcək növbəti görüşünün İstanbulda təşkili ilə bağlı razılığa gəliblər.
Prezident Ərdoğan söhbət zamanı Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu prosesə hər cür töhfəsini verməyə davam edəcəyini bildirib.
Bizim.Media