Jurnalist və ictimai xadim Hrant Dinkin qətli işi üzrə məhkum edilən Əhməd İskəndər Türkiyəyə gətirilib və həbs olunub.
Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, erməni media nümayəndəsinə qarşı sui-qəsddə istifadə edilən silahın və cib telefonunun sahibi Qırğızıstanda yaxalanıb.
Xatırladaq ki, Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub. O, 2007-ci ilin 19 yanvar tarixində İstanbulda işlədiyi redaksiya binası qarşısında öldürülüb.
Bizim.Media