"Yaxın vaxtlarda “Luqansk Xalq Respublikası”nda Rusiyaya birləşmək üçün referendum keçirilə bilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri qondarma “Luqansk” rejiminin rəhbəri Leonid Paseçnik səsləndirib.
Onun sözlərinə görə, bu referendumda xalq konstitusiya hüququndan istifadə edəcək və Rusiya Federasiyasına daxil olmaq barədə öz fikrini bildirəcək.
Bizim.Media