"Foo Fighters" qrupunun baraban ifaçısı Teylor Hokins 50 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, o, Cənubi Amerikada qastrol səfərində dünyasını dəyişib. Bu barədə qrupun tviter hesabında yazılıb.
Qeyd edək ki, 2005-ci ildə Böyük Britaniyanın "Rhythm" jurnalı Hokinsi "Ən yaxşı baraban ifaçısı" adlandırıb.
Bizim.Media