Avropa Parlamenti Rusiya və Belarus diplomatlarının və rəsmilərinin Brüssel və Strasburqdakı binalarına girişini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə cümə günü Avropa Parlamentinin sədri Roberta Metsola “Twitter” səhifəsində yazıb.
"Bu gündən etibarən Rusiya və Belarusun diplomatlarının və dövlət qulluqçularının Avropa Parlamentinin binalarına girişi qadağandır. Demokratiya Evində demokratik dünya nizamını məhv edənlərə yer yoxdur" – deyə Metsola qeyd edib.
Bizim.Media
