Rusiya Silahlı Qüvvələrinin indiyədək 14 200 hərbçi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
“Rusiya silahlı qüvvələrinin 450 ədəd tankı, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarəsi, 112 ədəd helikopteri, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib” - deyə məlumatda qeyd edilib.
Bizim.Media