“WhatsApp” messencerinin tezliklə Rusiya ərazisində bloklanması nəzərdə tutulur.
Bizim.Media FederalPress-ə istinadən məlumatın verir ki, bunu “Security 2.0” monitorinq mərkəzinin rəhbəri, Rusiya Sülh Fondunun birinci vitse-prezidenti Yelena Sutormina bildirib.
“Biz gözləyirik ki, “WhatsApp” messencer yaxın vaxtlarda Rusiyada bloklanacaq.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu, ruslara, o cümlədən hərbçilərə qarşı zorakılıq çağırışlarına icazə verən “Meta” şirkətinin məhsuludur. Fikrimizcə, bu, düzgün və ardıcıl qərar olacaq” – deyə Sutormina qeyd edib.
Bildirilib ki, hazırda bir neçə bölgədə “WhatsApp”dan istifadə etmək kompüterlərdə mümkün deyil.
Bizim.Media