Keçmiş və indiki avropalı siyasətçilər ukraynalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin namizədliyini Nobel Sülh Mükafatına irəli sürüblər.
Bizim.Media-nın MIGnews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə mükafat komitəsinin saytındakı müraciətdə deyilir.
Siyasətçilər “tarixi və görünməmiş hadisələr fonunda” Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi müddətini bu il martın 31-dək uzatmağın zəruriliyini elan ediblər.
"Bu, prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyini təmin etmək üçün lazımdır", - təşəbbüs müəllifləri vurğulayıblar.
Bizim.Media