Amerikanın elektron ödəniş sistemi “PayPal” bu il iyunun 30-dək Ukrayna ərazisində təqdim etdiyi xidmətlərin çeşidini müvəqqəti genişləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Xüsusilə, ukraynalılar “PayPal” hesablarından Ukrayna bank kartlarına pul köçürə biləcəklər. Eyni zamanda, ödəniş sistemi bu əməliyyatlar üçün komissiya haqqını da ləğv edəcək.
Qeyd edək ki, martın 5-də Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat fonunda “PayPal” Rusiyada xidmətlərin göstərilməsini dayandırıb.
Bizim.Media