Çində son 24 saatda 2461 nəfər koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Səhiyyə Komissarlığı məlumat yayıb.
Bildirilib ki, yoluxanların 1900 nəfərdən çoxu simptomsuz xəstələrdir. Ən ciddi vəziyyət Tsilin və Quandun əyalətlərindədir.
Statistikaya əsasən, Çində indiyədək 126 minədək insan koronavirusa yoluxub, 4636 nəfər ölüb.
Bizim.Media