"Bəşəriyyət bu onilliyin sonuna qədər Mars planetinə ayaq basacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri “Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask "Twitter" hesabında izləyicisinin sualına cavabında deyib.
O, şərhə cavabında lakonik şəkildə “2029” cavabını yazıb.
Qeyd edək ki, bundan öncə İ.Mask 2026-cı ildə Marsa getməyin mümkün olacağını açıqlamışdı.
Bizim.Media