Avropa Şurası Nazirlər Komitəsi Belarusla əməkdaşlığı dayandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, buna səbəb kimi Belarus hakimiyyətinin Rusiyanın Ukraynadakı hərbi müdaxiləsində oynadığı rol göstərilib.
"Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırdıq. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - deyə Nazirlər Komitəsindən bildirilib.
Bizim.Media