Kanada Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsinə cavab olaraq öz hava məkanını Belarus təyyarələri üçün bağlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın nəqliyyat naziri Ömər Əlqabra “Twitter” səhifəsində məlumat verib.
“Biz Belarusun Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzünü dəstəkləməsinə cavab olaraq Belarus təyyarələrinin Kanada hava məkanına daxil olmasını qadağan edirik”, - Alqabra qeyd edib.
Bizim.Media
