Kiyevdə vurulan Rusiya raketinin qalıqları hündürmərtəbəli binada dağıntılara və yanğına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 17-də Kiyevin Darnitski rayonunda vurulan raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb və mənzildə yanğın baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb, 30 nəfər təxliyə edilib.
Bizim.Media
