Braziliyada koronavirusun “Deltacron” ştamına ilk yoluxma halları aşkar olunub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marselo Keyroqa məlumat verib.
Onun sözlərinə görə, ölkədə iki nəfərdə sözügedən ştama yoluxma qeydə alınıb. Bildirilib ki, “Deltacron”a yoluxma halları ABŞ və Avropada artıq təsdiqlənib.
Qeyd edək ki, “Deltacron” koronavirusun “Delta” və “Omicron” ştamlarının birləşməsidir.
Bizim.Media