Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay ötən axşam Arnavutköydə görüntülənib.
Bizim.Media xəbər verir ki, ötən həftələrdə avtomobil qəzası keçirən 45 yaşlı aktrisanın son vəziyyəti sevənlərini kədərləndirib. Belə ki, aktrisa üz iflici olub.
"Uğursuz bir qəza oldu. Normalda mən maşın sürməyi sevən biri deyiləm. İstifadə etməli oldum.
Əyləci basmaq istəyəndə təlaşa düşüb qaza basdım. Ağzımda və çənəmdə tikişlər var. Qalıcı zədə yoxdur. Elektroşok və fizioterapiya davam edir. Üç aya düzələcək” – deyə aktrisa jurnalistlərə açıqlamasında bildirib.
Bizim.Media

