Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da ABŞ Konqresində çıxış edəcəyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
Ölkə başçısı ABŞ prezidenti Co Baydenə Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard dollar ayırdığına görə təşəkkür edib:
“Yardımın ayrılmasını nəzərdə tutan qanun imzalanıb. Biz bunu dövlətimizin tam yenilənməsi istiqamətində ilk addım hesab edirik".
Bizim.Media