Ukrayna ordusu Qara dənizdə Rusiyanın hərbi gəmisini atəşə tutaraq batırıb.
Bizim.Media UNİNA-a istinadən xəbər verir ki, bu barədə Odessa bölgəsinin Hərbi İdarəsindən açıqlama verilib.
Ukrayna hərbçiləri gəmini pusquya salıblar. Belə ki, hərbçilər qayıqla ərazidə üzərək rus hərbçilərin diqqətini çəkiblər. Ardınca ruslar onları təqib etməyə başlayıb.
Rusiyanın hərbi gəmisi pusqu qurulan əraziyə gələndən sonra bir neçə istiqamətdən atəşə tutulub.
Bizim.Media