Belarus Çernobıl AES-in elektrik təchizatını bərpa etmək üçün mütəxəssislər göndərib.
Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib.
“Bizdə sovet dövründən qalma elektrik xətti var, amma zəifləyib. O, dərhal bərpa edilməlidir”, - deyə ölkə başçısı əlavə edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Ukrayna hərbi qüvvələri Çernobıl AES-i enerji ilə təmin edən obyektlərə zərbələr endiriblər.
Bizim.Media