“Google” Rusiyadan olan istifadəçilər üçün “Play Market”də proqramların alınmasını məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Google” saytında məlumat verilib.
Bildirilib ki, istifadəçilər yalnız pulsuz məzmundan istifadə edə biləcəklər.
"Ödəniş sistemlərinin işində yaranan nasazlıqlara görə biz yaxın günlərdə Rusiyada istifadəçilər üçün “Google Play” ödəniş sisteminin fəaliyyətini dayandıracağıq. Bu o deməkdir ki, siz proqramlar və oyunlar ala bilməyəcək, abunə haqqını ödəyə bilməyəcəksiniz. Abunəlik müddəti bitdikdən sonra istifadəçilərin tətbiqə girişi dayandırılacaq” – deyə məlumatda qeyd edilib.
Bizim.Media