“Ukraynanın Mariupol bölgəsindəki doğum evinə edilən hücum qorxuncdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “Twitter” hesabında bildirib.
“Ukraynada mülki vətəndaşlar onlarla əlaqəsi olmayan müharibənin əvəzini ödəyir. Bu mənasız şiddət sona çatmalıdır. Qətliama son verin”, – deyə Quterreş qeyd edib.
Bizim.Media
