ABŞ Konqresinin Nümayəndələr Palatası dünən Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, qərar dərhal qəbul edilib. Çünki qanunvericilər Rusiyanın hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışırlar.
Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrin dəstəklənməsi və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon nəfər qaçqına humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.
Bizim.Media