Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət dövründə dövlətə xəyanət və talanlara görə məsuliyyətin artırılmasını nəzərdə tutan fərman imzalayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bundan sonra Ukraynada dövlətə xəyanət edənlərə əmlakları müsadirə olunmaqla ömürlük həbs cəzası veriləcək.
Talana görə isə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bizim.Media