Yeni Günəşlidə yolun təmiri niyə yarımçıq qalıb? - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinləri ərazidəki əsas yollardan birini bərbad durumda olmasından şikayətçidirlər.

Bizim.Media xəbər verir ki, vətəndaşlardan biri qəsəbənin AB massivinin bir hissəsində yol çəkilişi və asfaltlanma işləri aparıldığını, lakin ərazinin digər hissəsində prosesin yarımçıq qaldığını iddia edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, Bakı şəhəri üzrə təmir işləri əvvəlcədən tərtib olunmuş qrafik əsasında, rayon və yaşayış məntəqələri üzrə mərhələli şəkildə həyata keçirilir:

"İyunun 15-dən etibarən Bakı şəhərinin 12 inzibati rayonunda təmirə ehtiyacı olan küçə və yollarda işlərə başlanılıb. Ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram çərçivəsində artıq 80-ə yaxın küçədə təmir işləri yekunlaşdırılıb.
 
Şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Nəsimi, Nizami, Xətai və Səbail rayonlarında nəzərdə tutulan əsas təmir işləri artıq başa çatdırılıb. Digər 6 inzibati rayonda isə işlər təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir.

Təmir işlərinin bütün ərazilərdə eyni vaxtda aparılması texniki baxımdan mümkün olmadığından proses mərhələli şəkildə təşkil olunur. Növbəti mərhələlərdə də Agentliyin balansında olan və təmirə ehtiyacı müəyyən edilmiş digər küçə və yollar, o cümlədən qeyd olunan yaşayış massivindəki küçə qrafikə uyğun şəkildə təmir olunacaq". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Özbəkistanda Azərbaycan dili öyrədiləcək

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA

Rəsmi Fransadan Martin Ryanın əfv edilməsinə REAKSİYA

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur - FOTO

Lavrov və Rubio Nyu-Yorkda görüşdülər - VİDEO

İlon Mask Si Cinpini dahi lider adlandırdı

ADNSU-dan İLK – Dayanıqlı Universitetlərin Reytinq tədbirinə start verildi – VİDEO

2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?

ABŞ senatoru Trampa səsləndi: İrana qarşı təhdidlərə son qoyun

Bu gün əfv olunan Martin Ryan ölkəsinə QAYITDI

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO

Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı

Hərbi xidmətdə olanlara bu güzəştlər olunacaq

Əfv edilən yeganə qadın məhkum - FOTO/VİDEO

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Yeni Günəşlidə yolun təmiri niyə yarımçıq qalıb? - VİDEO

Yeni Günəşlidə yolun təmiri niyə yarımçıq qalıb? - VİDEO

Bakının yarısını yoluxdurmuş XƏSTƏLİK - Ənənəvi qrip, yoxsa yeni virus?

Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

Bu məhsulların gömrük tarifləri 15 dollardan 300 dollara qaldırıldı

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bakıda evdən 33 min manat oğurlandı

Bakıda evdən 33 min manat oğurlandı

End of content

No more pages to load

RADİO