Böyük Britaniya, Kanada və Niderland liderləri - Boris Conson, Castin Trüdo və Mark Rutte Ukraynaya daha dəstək göstəriblər.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, hər üç lider birgə video hazırlayıblar.
Siyasətçilər Putini təcavüzkar adlandırıb və Ukraynadakı müharibədən narahat olduqlarını bildiriblər.
Boris Conson deyib: “Biz Vladimir Putin və Rusiyanın əli ilə Ukrayna xalqının yaşadıqları aqressiya qarşısında onların yanındayıq”.
Qeyd olunur ki, bazar ertəsi, martın 7-də Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Trüdo və Niderlandın baş naziri Mark Rutte Londonda görüş keçirib.
Siyasətçilər Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində hazırda Ukraynada yaranmış vəziyyəti müzakirə ediblər. Onlar yekdilliklə qeyd ediblər ki, ukraynalıların müqavimət göstərmək cəsarəti onları Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə ruhlandırır.
Bizim.Media