Dünya şöhrətli aktyor Leonardo Di Kaprio Ukrayna ordusuna 10 milyon dollar ianə edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, ukraynalıların haqlı olduğunu, Rusiya işğalını qınadığını bildirib.
Qeyd edək ki, aktyor dəfələrlə ukrayna əsilli olduğunu deyib.
Onun nənəsi Yelena Smirnova (1915-2008) bir vaxtlar Odessada yaşayıb. O, "Oktyabr inqilabı"ndan sonra valideynləri ilə birlikdə Almaniyaya mühacirət edib.
Bizim.Media
