Ukrayna nümayəndə heyəti Rusiya Federasiyası ilə danışıqlar aparmaq üçün Belarusa gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Ukraynaya məxsus Telegram kanalında yer alıb.
Videodan bəlli olub ki, nümayəndə heyəti görüş yerinə helikopterlə gəlib.
Qeyd edək ki, bu gün tərəflərin görüşünün 3-cü raundu keçiriləcək.
Xatırladaq ki, bir az öncə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters agentliyinə bildirib ki, Rusiya hər an Ukraynada keçirilən hərbi əməliyyatları dayandırmağa hazırdır.
Ancaq o, rəsmi Kiyev qarşısında tələb qoyub: “Ukrayna NATO-ya qoşulmamalı, Krımı Rusiya Federasiyasının bir hissəsi kimi qəbul etməli, həmçinin DXR və LXR-in müstəqilliyini tanımalıdır.
Bizim.Media