Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin mindiyi təyyarə (Reys RA-09617) Minskə enib.
Bizim.Media xəbər verir ki, bu iddia ilə rəsmi Kiyev çıxış edib və “flightradar24.com” saytından laynerin uçuş trayektoriyasını dərc edib.
Mənbə təyyarənin Moskvanın Vnukovo hava limanından yola düşdüyünü yazıb.
Xatırladaq ki, 22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra Yanukoviç ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.
Bizim.Media
