Azərbaycanın uğurlu gələcəyini təmin edən əsas məqam - LİDER FAKTORU

Bütün dünyanın diqqət mərkəzində olan Ukrayna böhranını Azərbaycan ictimaiyyəti arasında da son günlərdə əsas müzakirə predmetidir.

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlara bağlı siyasi şərhçilərin və siyasət adamlarının fikirlərində müəyyən təzadlar olsa da, bəlli olan odur ki, ən nikbin proqnozlar belə dünyanın 3-cü Dünya Müharibəsinin astanasında olduğu yönündədir.

Bir qrup politoloqlar isə, artıq bəşəriyyətin 3-cü dəfə kütləvi olaraq silaha sarılmasının təməllərinin Ukraynada atıldığını düşünürlər.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin mühacirət hökuməti zərurətə çevriləcək – Politoloqdan BƏDBİN PROQNOZ


İstər Ukrayna münaqişəsində, istərsə də digər faciəvi nümunələrdə aşkar şəkildə diqqət çəkən ən vacib detal ölkəsinin milli maraqlarını qorumaq iqtidarında olmayan liderin rəhbərliyinin dövləti və xalqı müsibətlərlə üz-üzə qoymasıdır.

Bunu ən acı şəkildə Azərbaycan dövləti və xalqı da yaşayıb.

Hər birimizin acı şəkildə xatirindədir ki, 90-cı illərin əvvəllərində ölkəmizin siyasi həyatında davam edən hərc-mərclik xalqımıza Xocalı soyıqırımı kimi insanlıq cinayəti, bir milyona yaxın qaçqın və məcburi köçkün və 30 il düşmən tapdağında qalan 20% vətən torpağını miras buraxdı.

Lakin elə 90-cı illərin əvvəllərində xalqımızı daha böyük müsibətlərdən qorumağı bacaran liderin önə çıxması, Heydər Əliyev kimi nəhəng dövlət adamının siyasəti oldu. Sonrakı dövrlərdə də, MDB və Yaxın Şərqdə yaşanan olaylar güclü lider və onun ətrafında birləşməyi bacaran xalqın istənilən xarici təsirlərdən minimum itkilərlə çıxmağı bacardığını sübuta yetirdi. Bunu istər 2000-ci illərin əvvəllərindəki rəngli inqilablar dönəmində, istər “Ərəb baharı”nda bir daha müşahidə etdik. Məhz hakimiyyət estafetini əlinə götürən İlham Əliyev ölkəmizi sonrakı dönəmlərdə də sınaq meydanına, poliqona çevrilməkdən xilas etdi.

2020-ci ildə də oxşar nümunə Azərbaycan tarixini kökündən dəyişməyi bacardı. 44 günlük Vətən Savaşında ölkə başçısının ətrafında vahid qüvvəyə çevrilən xalqımız 30 illik dərd-səri birdəfəlik tarixin qara səhifələrinə həbs etməyi bacardı.

Qələbəmizin Azərbaycan tarixini və ölkəmizin bugünkü dünyadakı rolunu köklü şəkildə dəyişdirdiyinə isə, hər gün yenidən şahidlik edirik.

Lideri siyasi iradə nümayiş etdirə bilməyən dövlətlərin suveren əraziləri böyük oyunçuların hərbi poliqonuna çevrildiyi bir vaxtda Azərbaycan bu cür təhlükədən yan keçməyi bacarıb.

Təsadüfi deyil ki, elə həmin güclərin “5-ci kolon”ları bu gün də vəziyyətin xalqımızın və dövlətimizin faydasında inkişaf etməsi ilə barışa bilmirlər. İstənilən vəziyyətdə əllərindəki tək silahları olan quru tənqidlərə baş vuranların ictimaiyyətə təqdim etikləri absurd alternativlərin isə xalqımıza növbəti 90-ci illəri yaşadacağını başa düşmək üçün dərin analitik zəkaya sahib olmaq da şərt deyil.

Bundan əlavə siyasi leksikonda özünə yer etməyi bacarmış 44 günlük müharibədən sonra regionda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq da göz önündədir.

Artıq rəsmi Bakı içindəki revanşizmi boğmaq iqtidarında olmayan işğalçı Ermənistan, bütün dünyanı qarşısına alan İran və Rusiya, eyni zamanda qardaş ölkəmiz Türkiyəni bir araya gətirib 3+3 formatında birləşdirməyi bacarmış mühüm regional mərkəzə çevrilib.

Lakin güclü liderin ətrafında monolit qüvvəyə çevrilmiş xalqın və onun yaratdığı dövlətin gücü yeni dünya reallığında beynəlxalq arenada da ciddi şəkildə qəbul olunmaqdadır.

Bu Qərb liderləri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında olan diplomatik yazışmalarda da özünü açıq şəkildə büruzə verir. 44 günlük müharibədə qarşımızda mövqe tutan Fransa və onun dövlət başçısı Emmanuel Makron da daxil olmaqla, bir sıra Avropa liderləri Azərbaycanla münasibətlərə verdikləri xüsusi əhəmiyyəti gizlətmirlər.

Bu gün Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıqlar qurmağı bacaran müstəqil gücə çevrilib.

Günümüzün reallıqları və tarixin acı təcrübələri onu deməyə əsas verir ki, bu cür vəziyyətlərdən dövlət olaraq üzüağ çıxmağımızda əsas rol xalqımızın üzərinə düşür. Elə Türkiyə nümunəsinə baş vurmaq Azərbaycanın bu gün yeritdiyi neytral xarici siyasət kursunu və xalq-hakimiyyət birliyinin ölkəmizi hansı müsibətlərdən qurtarmaqda olduğunu görmək üçün yetərlidir.

Məgər, 2-ci Dünya Savaşında Türkiyəni böyük güclərin poliqonuna çevrilməkdən qurtaracaq lider və onun ətrafında sıx birləşən xalq olmasa idi, qardaş ölkə bugünkü gücünə qovuşa bilərdimi?

Əminliklə söyləyə bilərik ki, həmin dövrdə Türkiyəyə açıq mövqe nümayiş etdirmək üçün edilən təyziqlər bu gün Azərbaycana qarşı da mövcuddur. Elə bu gün Azərbaycanda olduğu kimi, həmin güclərin fitnəsinə uymuş milli satqınlar da 1939-45-ci illərdə Türkiyədə mövcud idi.

Lakin o dövrdə türk xalqı bütün vədlərə və propaqandalara uymayaraq, liderinin ətrafında birləşməyi bacardığı kimi, bu gün Azərbaycan xalqı da eyni qətiyyəti göstərərsə, ölkəmiz dünyanın qorxu ilə bəhs etdiyi ssenarilərdən ən az zərərlə yaxa qurtara biləcək. 

Əks təqdirdə nələrin baş verəcəyinə isə Azərbaycan xalqı öz tarixi təcrübəsindən yaxşı bələddir. Əgər el bir olub daxilimizdəki və xaricdəki bədxahların cavabını öz qətiyyəti ilə verməsə oynayan dağlar yox, dövlətçiliyimizin təməlləri olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO