Nazirlər Kabinetinin qərarına əsasən, hökumət Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Siyahıya bu ölkələr daxildir:
Avstraliya, Böyük Britaniya, Aİ ölkələri, İslandiya, Kanada, Lixtenşteyn, Monako, Yeni Zelandiya, Norveç, Koreya, San Marino, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya.
Sərəncam Prezidentin “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin icrasının müvəqqəti qaydası haqqında” 2022-ci il 5 mart tarixli Fərmanı çərçivəsində hazırlanıb.
Bizim.Media