Bu gün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə ilk iclası keçiriləcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan daha əvvəl Rusiyanın Ukraynaya hücumu ilə bağlı araşdırmanın başlanıldığını demişdi.
Bizim.Media