Sentyabrın 5-də Yunanıstanın Tanaqra aviabazasında keçirilən "Athens Flying Week 2026" beynəlxalq aviaşousunda "F-4 Phantom" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, təyyarə nümayiş uçuşu başladıqdan qısa müddət sonra minlərlə tamaşaçının gözü qarşısında yerə çırpılıb.
Fəlakət yerindən qara tüstü dumanı ucalıb və əraziyə dərhal yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Qırıcıdakı iki pilotun vəziyyəti barədə məlumat hələlik dəqiqləşdirilir, onların katapult etməsinə dair hələ rəsmi məlumat yoxdur.
Bizim.Media