“Japan Airlines” avia şirkətinin Tokiodan Londona uçan 43 saylı reysi Rusiya-Ukrayna müharibəsinə görə yeni marşrutdan istifadə edir.
Bizim.Media xəbər verir ki, bunu “flightradar24.com” saytında yerləşdirilən təyyarənin uçuş trayektoriyası sübut edir.
Mənbə qeyd edir ki, normalda təyyarə Rusiya hava məkanı üzərindən uçurmuş. İndi isə təyyarə Alyaska, Qrenlandiya və İslandiya səmasından uçmaq qərarına gəlib.
Əvvəllər orta uçuş müddəti 12 saat 12 dəqiqə idi, hazırda isə bu vaxt 2 saat artaraq 14-ə qalxıb.
Bizim.Media
