İranda yaşayış binasında partlayış olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Mehr” xəbər agentliyi yayıb.
Hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayış ölkənin qərbindəki Lorestan əyalətində qeydə alınıb.
Agentliyin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib.
Bizim.Media