Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev xüsusi tapşırığı yerinə yetirərkən həlak olub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Facebook”da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanın Rusiya ilə danışıqlarda iştirak edən nümayəndəsi ÖLDÜRÜLDÜ – Xəyanətə görə - FOTO
"Xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı üç kəşfiyyatçı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları - Oleksiy Dolya, Valeri Çibineyev və Denis Kireyev öldürüldü", - deyə qurum bildirib.
"Onlar Ukraynanı müdafiə edərkən həlak olublar", - mənbə əlavə edib.
Bizim.Media