Martın 9 və 10-da İsrail prezidenti İçxak Hersoq Türkiyəyə səfər edəcək və bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğanın qonağı olacaq.
Bizim.Media türk mətbuatına istinadən istinadən xəbər verir ki, Hersoq xanımı ilə birlikdə İstanbul və Ankaraya səfər edəcək.
O, Türkiyə prezidenti Ərdoğanın sarayında rəsmi qəbul olunacaq, daha sonra ölkənin yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
Yəhudi dövlətinin prezidenti sonuncu dəfə 2007-ci ildə Türkiyəyə səfər edib.
Bizim.Media