Rusiya ordusu yenidən Mariupol və Volnovaxa şəhərlərinə hücuma keçib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konoşekov bildirib.
"Atəşkəs zamanı Ukrayna ordusu sözügedən ərazilərdən heç bir mülki şəxsin çıxmasına imkan vermədi. Onlardan canlı qalxan kimi istifadə edirlər. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 19.00) əməliyyatları yenidən bərpa etdik", - deyə İ.Konoşekov vurğulayıb.
Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edib.
Bizim.Media