Pakistanın Pişəvər şəhərindəki Kuça Risaldar məscidində güclü partlayış baş verib.
Bizim.Media xəbər verir ki, cümə namazı zamanı terrorçunun özünü partlatması nəticəsində 56 nəfər ölüb, 194-ü isə yaralanıb.
Yaralılardan bir çoxunun vəziyyəti ağırdır. Bu baxımdan ölü sayının artacağı deyilir.
Hələlik partlayışın hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.
Bizim.Media